Şorsu palçığı artıq apteklərdə

311

NUHÇIXAN xəbər verir ki, AMEA-nın Naxçıvan bölməsi müalicəvi Şorsu palçığını qablaşdıraraq onun əczaxanalarda satılmasını təmin edəcək.

Bununla bağlı keçirilən təqdimat mərasimində AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, hər bir bölgəsi mineral sular, dərman bitkiləri və digər təbii ehtiyyatlarla zəngin olan qədim diyar Naxçıvanda hələ də geniş istifadə üçün təqdim edilməyən təbii müalicəvi vasitələr var. Naxçıvan- Sədərək magistral avtomobil  yolunun  birinci kilometrində yerləşən Şorsu da belə müalicə qaynaqlarından biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə istehsal edilən  müalicə əhəmiyyətli bu palçıq AMEA Naxçıvan bölməsi tərəfindən  artıq qablaşdırılıb.  Hazırlanan bu vasitə həm palçıq, həm də quru toz formasındadır.

Sonra palçığın hazırlanma qaydasından  danışılıb, onun tərkibi və müalicəvi əhəmiyyəti haqqında geniş izah verilib. Bildirilib ki, Şorsu palçığını oynaq nahiyyələrinə sürtüb ən az yarım saat gözləmək lazımdır. Palçıq vasitəsilə periferik sinir sisteminin, dayaq-hərəkət sisteminin, damar, ginekoloji, bir sıra dəri xəstəliklərinin və yanıqlardan sonrakı fəsadlar müalicə olunur. Ondan Naxçıvan Muxtar Respublikası Mərkəzi xəstəxanasında da təbii müalicə metodu kimi istifadə edilir.

Bu təbii müalicəvi vasitə yaxın günlərdə  şəhərin bütün əczaxanalarına  paylanacaq. Palçığın qablaşdırıldığı paketin və qutunun  üzərində onun müalicəvi əhəmiyyəti, istifadə qaydası və kimyəvi tərkibi haqqında məlumat yerləşdirilib.

Gülməmməd Əliyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: