“Sony Mobile” şirkəti bir neçə regionu tərk edir

192

“Sony Mobile” şirkəti bir neçə regionda yerli ofislərinin fəaliyyətini və əməliyyatları dayandıracaq.

NUHÇIXAN “Ferra” resursuna istinadən bildirir ki, söhbət Orta və Yaxın Şərq, eləcə də Türkiyə və Afrikadan gedir. Şirkət cari ilin oktyabrında bu regionlarda fəaliyyətini dayandırmağı planlaşdırır.

Bildirilir ki, fəaliyyətin dayandırılması qeyd olunan regionlarda işlərin pis getməsindən xəbər verir. Buna bir neçə səbəb göstərilir – rəqiblərlə müqayisədə qiymətlərin baha olması, eləcə də cəlbedici innovasiyaların olmaması.

Bundan başqa, Afrikada adi mobil telefonlar və orta səviyyəli smartfonlar daha çox populyardır. “Sony Mobile” şirkətində isə hazırda bu məhsul seqmenti mövcud deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: