Sloveniya səyahət üçün ən gözəl ölkələr sırasında yer alıb

169

Sloveniya “Lonely Planet” nəşrinin 2019-cu ildə səyahət üçün ən gözəl 10 məkan siyahısında yer alıb.

NUHÇIXAN Sloveniyanın STA agentliyinə istinadla xəbər verir ki, səyahətçilər üçün ən məşhur turizm bələdçilərindən biri olan “Lonely Planet” bu kiçik Alp ölkəsini zamanı və vəsaiti az olan səyahətçilər üçün mükəmməl məkan kimi təqdim edib: “Bir gün ərzində siz Venesiyaya bənzəyən dənizkənarı Piran şəhərini gəzə, dağ mənzərəsi ilə yola çıxa və Lyublyananın tam mərkəzində çay kənarında nahar edə bilərsiniz”.

Səyahət portalı, həmçinin Sloveniyada digər Alp ölkələrinə nisbətən daha sərfəli qiymətlər təklif olunduğunu qeyd edərək, burada səyahətçilərə açıq havada daha çox fəaliyyət imkanı yaradıldığını yazır. Qeyd edilir ki, bu ölkədə yüksək keyfiyyətli restoran və şərab dükanları, həmçinin turistlər tərəfindən hələ də kəşf olunmamış kiçik şəhərlər də səyahətçilər üçün maraq doğura bilər.

Portal ölkənin ən çox turist cəlb edən Bled gölü və Bohinya çayı ətrafında yerləşən gizli guşələrdən də bəhs edib.

Portalın siyahısında ilk yerlərdə isə Misirdə Cənubi Nil vadisi, Polşanın Lodz şəhəri, ABŞ-da Böyük Tüstü Dağları Milli Parkı və Maldiv adaları qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: