Skott Morrison Avstraliyanın yeni Baş naziri olacaq

188

Müvəqqəti olaraq daxili işlər naziri vəzifəsini icra edən və hakim koalisiyaya daxil olan Liberal Partiyanın sədri seçilən Skott Morrison Avstraliyanın yeni Baş naziri olacaq.

NUHÇIXAN Avstraliyanın “Sky News” telekanalına istinadla xəbər verir ki, avqustun 24-də keçirilən partiyadaxili səsvermə zamanı 45 deputat onun namizədliyini dəstəkləyib.

Avstraliya hökumətinin başçısı Malkolm Ternbull səsvermənin nəticələri elan edilən kimi, istefa barədə ərizəsini təqdim edib.

Gözlənildiyi kimi, Liberal partiyanın sədri vəzifəsi uğrunda üç namizəd mübarizə aparıb. Xarici işlər naziri Culi Bişop az səs topladığına görə elə birinci turda mübarizədən kənarda qalıb. Qarşıdurma Skott Morrisonla sabiq daxili işlər naziri Piter Datton arasında davam edib. Üçüncü turda beş səs çox qazanan S.Morrison qələbə çalıb. P.Dattonu cəmi 40 deputat dəstəkləyib.

Avstraliya Liberal partiyası Milli Partiya ilə birlikdə hakim koalisiyanı təşkil etdiyinə görə, liberalların yeni lideri namizədliyi general-qubernator tərəfindən təsdiq olunduqdan sonra Baş nazir vəzifəsini tutacaq. S.Morrisonun seçilməsi ölkədə hökumət böhranını aradan qaldıraraq, partiyadaxili çəkişmələrə də son qoyub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: