Sinoptiklərdən xəbərdarlıq: İntensiv yağış, sulu qar, qar yağacaq

195

Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit və yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında noyabrın 22-23-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Noyabrın 23-ü axşamdan 24-ü səhərədək şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq noyabrın 21-i axşamdan noyabrın 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı bildirilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° enəcək. Çaylarda sululuğun artacağı, xüsusən Lənkəran-Astara zonasının bəzi çaylarında qısamüddətli daşqın olacağı ehtimal edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: