Sinkfild kuboku: beş turdan sonra beş şahmatçı liderlik edir

253

ABŞ-ın Sent-Luis şəhərində keçirilən Sinkfild kuboku turnirinin beşinci turu oynanılıb.

NUHÇIXAN xəbər verir ki, bu turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov amerikalı Hikaru Nakamura ilə qarşılaşıb. Oyun heç-heçə başa çatıb. Bu tur çərçivəsində keçirilən bütün görüşlərdə xallar yarı bölünüb.

Beş turdan sonra beş şahmatçı – Şəhriyar Məmmədyarov, Aleksandr Qrişuk, Levon Aronyan, Fabiano Karuana və Maqnus Karlsen hərəyə 3 xal toplayıblar.

Ümumi mükafat fondu 300 min dollar olan turnir avqustun 27-dək davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: