Serj Sarkisyan Yerevandakı etiraz aksiyalarını şərh edib

101

“İstənilən cəmiyyətdə narazılıq müşahidə olunur. Ermənistan bu nöqteyi-nəzərdən istisna deyil”.

Nuhcixan.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti və hazırkı baş naziri Serj Sarkisyan özünün yeni təyinatı ilə bağlı Yerevanda keçirilən etiraz aksiyalarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistan kimi ölkələrdə narazılıq daha kəskin şəkildə olur: “Lakin Ermənistanda narazılığın ifadə edilməsinə heç bir maneə yaradılmır. Qeyri-dinc xarakterli aksiyalar istisnadır – bu həm hökumətin, həm də cəmiyyətin xeyrinədir. Bütün aksiyalar qanun çərçivəsində keçirilməlidir”.

“Bizim asayiş keşikçilərimiz təmkinlilik nümayiş etdirdilər. Mən hüquq-mühafizə orqanlarının güc tətbiq etmək məcburiyyətində qalmasını istəmirəm. Belə niyyət heç yoxdur. Amma ölkədə qanunsuzluq abu-havası hökm sürməməlidir”, – deyə Serj Sarkisyanqeyd edib.

Qeyd edək ki, Yerevanda aprelin 13-dən davam edən etiraz aksiyalarına müxalifətçi deputat Nikol Paşinyan rəhbərlik edir.

Bir neçə gün əvvəl sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxış edən etirazçıların polislə qarşıdurması nəticəsində 6-sı asayiş keşikçisi olmaqla, 46 nəfər xəsarət alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: