Sergey Lavrov: “Dağlıq Qarabağa dair danışıqların Minsk qrupu formatı ən optimal variantdır”

191

Dağlıq Qarabağ məsələsinin həlli barədə Rusiyanın mövqeyi dəyişməz qalır. Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu sözləri Moskvada Ermənistanlı həmkarı Zoqrab Mnatsakanyan ilə birgə mətbuat konfransında söyləyib.

NUHÇIXAN xəbər verir ki, RF XİN başçısı “DQR” danışıqlar prosesinə qaytarıla bilərmi?” – sualının cavabında deyib: “Rusiyanın mövqeyi dəyişməz qalır. RF-nin mövqeyinə görə, Dağlıq Qarabağ məsələsi ATƏT-in Minsk qrupu vasitəsilə həll edilməlidir. Azərbaycan və digər dövlətlərlə yanaşı Ermənistan da bu qrupun iştirakçısıdır. Biz Minsk qrupunun həmsədri olan üç ölkədən biri kimi əminik ki, bu, optimal formatdır və Bakı ilə Yerevanın razılığa gəlməsinə imkan verə biləcək şərait yaradılması üzrə fransızlar və amerikalılarla birlikdə ümumi, maraqlı və ziddiyyətsiz xətt yürüdürük”.

S.Lavrov qeyd edib ki, bu istiqamətdə aparılan işlər illər boyu davam edir. O deyib: “Bu işin bəzi mərhələlərində Dağlıq Qarabağın nümayəndələri prosesdə iştirak ediblər. Sonra tərəflər arasında razılaşmaya əsasən danışıqların formatı dəyişdirilib və indiki kimi olub. Əgər müəyyən mərhələdə tərəflər Dağlıq Qarabağın danışıqlarda təmsil olunması barədə razılığa gəlsələr, bu, onların qərarı olacaq və biz də bu qərara hörmətlə yanaşacağıq”.

Xatırladaq ki, erməni jurnalistin sualında belə bir fikir səslənib ki, Minsk qrupunun həmsədrləri, xüsusən Popov deyib ki, “Dağlıq Qarabağ danışıqlar masası arxasına qayıtmalıdır”. RF XİN başçısı buna sərt reaksiya verərək qeyd edib ki, Minsk qrupunun həmsədrləri heç vaxt “belə etməlidir” deməyiblər. Nazir deyib: “Yeri gəlmişkən, cənab Popov (Rusiya tərəfindən həmsədr) heç vaxt “qayıtmalıdır” sözünü deməyib. Xahiş edirəm bir qədər səliqəli olun, yoxsa biz gülümsəməyə son qoyacağıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: