Şeir müsabiqəsinə yekun vurulub

177

NUHÇIXAN xəbər verir ki, Ordubad Rayon Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi “9 noyabr – Dövlət Bayrağı Günü”nə həsr olunmuş şeir müsabiqəsinə yekun vurulub. Müsabiqədə 19 məktəbdən 27 şagird iştirak edib.

Müsabiqənin yekun nəticələrinə görə, daha yaxşı bədii qiraət edən Ordubad şəhər 1№-li tam orta məktəbin IX sinif şagirdi Gülay Ağazadə I, Üstüpükənd tam orta məktəbin VIII sinif şagirdi Vəfa Bayramlı II, şəhər Ordubad şəhər 3 №-li tam ortaməktəbin IX sinif şagirdi Gülnar Əliyeva isə III yerə layiq görülüblər. Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələri ilə mükafatlandırılıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: