Saxara 20 min ildən bir iqlimini dəyişir

107

Alimlər bəyan edirlər ki, Saxara bir zamanlar yaşıl oazis olub. Səhradakı iqlim hər 20 min ildən bir dəyişir. İndi Saxarada yalnız böyük miqdarda qumla örtülmüş quru torpaq var. Lakin bu, hər zaman belə olmayıb.

NUHÇIXAN runews24.ru saytına istinadla xəbər verir ki, alimlər tərəfindən bu ərazidə fosillər və qədim qaya şəkilləri tapılıb. Belə qənaətə gəlinib ki, bir zamanlar bu səhra çiçəklənən yaşıl region olub, burada insanlar və heyvanlar yaşayıb. Saxarada iqlimin dəyişməsi buz dövrünə təsadüf edir. İqlimin dəyişməsinin səbəbi isə səhrada günəş şüalarının paylanmasına təsir edən yer oxudur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: