Saturnun peykində üzvi molekul birləşmələri tapılıb

200

Alimlər Saturn planetinin təbii peyki olan Enseladda üzvi molekul birləşmələri tapıblar.

NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, on dörd il əvvəl NASA-nın Saturna göndərdiyi “Cassini” kosmik gəmisinin Yerə ötürdüyü məlumatların uzunmüddətli tədqiqi nəticəsində orada yalnız Yer planetində rast gəlinən karbon tərkibli molekullar aşkar edilib. Molekulların peykin mərkəzindəki isti qayalar və donmuş səthin altında yerləşən okeanın qarşılıqlı təsiri nəticəsində yarandığı ehtimal olunur. 2005-ci ildə ilk dəfə Saturnun bu peykinin buzla örtülmüş səthinə enən “Cassini” komik gəmisinin məlumatları göstərir ki, karbondan yaranan üzvi birləşmələrdə həyat əlaməti ola bilər.

Tədqiqatların müəllifi, Almaniyanın Heydelberq Universitetinin professoru Frenk Postberq bildirib ki, tapılan böyük molekullar yüzlərlə atomdan ibarətdir. Onun sözlərinə görə, Yer planetində onlar bioloji şəklidə yaranır, amma Enseladda digər ehtimallar da istisna edilmir. Professor qeyd edib: “Bu molekullar həyatın mövcud olması üçün əsas amildir. Lakin Saturnun peykində onların bioloji, yaxud kimyəvi əsasda meydana gəldiyini söyləyə bilmərik”.

Professor Postberq əlavə edib ki, Enseladda canlı aləmin mövcudluğu üçün zəruri olan sulfat və fosfor izlərinə rast gəlinməyib. “Lakin “Cassini” kosmik gəmisi ötən ilin sentyabrında Saturnun atmosferinə daxil olaraq yandıqdan sonra planetin bu peykindən kosmosa yayılan su mənbələri kəşf edilib. İndi bizim üçün məntiqli addım yeni komik gəmi ilə Enselada uçmaq və orada həyat əlamətləri axtarmaqdır”, – deyə Frenk Postberq vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: