Ermənistanın sabiq prezidenti və baş naziri Serj Sarkisyanın qohumlarına ölkədən çıxmaq qadağan edilib.
NUHÇIXAN-ın Ermənistan KİV-lərinə istinadən məlumatına görə, keçmiş prezidentin qardaşı Levon Sarkisyan və onun övladları 6,8 milyon dollar məbləğində bank depozitini vergi orqanlarından gizlədib.
Onların evində axtarış aparıldığı deyilir. Axtarışlar nəticəsində bank sənədləri müsadirə edilib.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.