Sarımsağın gözlənilməz faydaları

77

Sarımsaq qəbulu bir çox xərçəng növləri, ürək-damar xəstəlikləri və ikinci tip diabetin inkişafı riskini əhəmiyyətli dərəcədə azaldır.

NUHÇIXAN xəbər verir ki, Britaniyanın Notinqem universitetindən olan alimlər belə bir nəticəyə gəlib.

Tədqiqatın nəticələri “Trends in Pharmacological Sciences” jurnalında dərc olunub.

Sarımsağın faydalı effekti onun hazırlanma üsulundan asılı olaraq dəyişsə, alimlər hələ ki, bu üsullardan hansının daha üstün olduğu ilə bağlı ortaq məxrəcə gəlməyib.

Alimlərin sözlərinə görə, sarımsağın tərkibində olan kükürdlü komponentlər insan hüceyrələri və toxumalarında  fizioloji və biokimyəvi prosesslərə səbəb olan və onların tənzimlənməsində iştirak edən qazşəkilli maddələrin siqnal molekullarının miqdarını artırır.

Həmin molekullar xəstəliyə yoxulma riskini azaldır və insan sağlamlığını möhkəmlədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: