“Samsung” böyükölçülü displeyə malik yeni smartfonunu təqdim edib

147

“Samsung” şirkəti “Galaxy A8 Star” adlı yeni smartfonunu təqdim edib. Bu, böyükölçülü displey və ikiqat əsas kameraya malik çərçivəsiz smartfondur.

NUHÇIXAN “ferra.ru” saytına istinadla xəbər verir ki, “Samsung Galaxy A8 Star” aparatı 6,28 düymlük “Full HD+” (1080 x 2220 piksel) təsvir ölçülü “Super AMOLED” displey, 16+24 meqapiksellik əsas kamera və 24 meqapiksellik ön kamera ilə təchiz edilib. Arxa panelə quraşdırılmış barmaq izi skanerindən başqa, istifadəçinin sifəti üzrə smartfonu blokdan çıxartmaq imkanı mövcuddur.

Yeni smartfon səkkiznüvəli “Qualcomm Snapdragon 660” prosessoru, 6 giqabaytlıq əməli yaddaş və 64 giqabaytlıq daxili fləş yaddaşla (“microSD” yaddaş kartı vasitəsilə 256 giqabaytadək artırmaq olar) təchiz edilib. Sürətli enerjidoldurma texnologiyasına malik akkumulyatorun tutumu 3700 milliamper/saat təşkil edir.

İki SİM-kart, “4G VoLTE”, “Wi-Fi 802.11ac” (2.4/5GHz), “Bluetooth 5 LE”, “GPS+QLONASS”, “NFC” dəstəklənir. Smartfonun ölçüsü 162,4 x 77 x 7,55 mm, çəkisi isə 188 qram təşkil edir. Aparat “Android 8.0 Oreo” əməliyyat sisteminin idarəetməsi altında işləyir.

“Samsung Galaxy A8 Star” smartfonunun qiyməti 500 ABŞ dolları təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: