Serbiyanın Novi Sad şəhərində sambo üzrə tələbələr arasında keçirilən dünya çempionatında idmançımız üçüncü yeri tutub.
NUHÇIXAN xəbər verir ki, samboçumuz Abdulla Abdullayev 74 kiloqram çəki dərəcəsində bürünc medala layiq görülüb.
Qeyd edək ki, dekabrın 6-da start götürən dünya çempionatına ölkəmiz bir idmançı ilə qatılıb.