Mayın 17-dən 21-dək Yunanıstanın paytaxtı Afinada sambo üzrə Avropa çempionatı keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, yarışda ölkəmizi Ağasif Səmədov (52 kq), Mehman Xəlilov (57 kq), Cavidan Qarayev (62 kq), Emil Həsənov (68 kq), Kamran Əsgərov (74 kq), Ceyhun Hüseynov (82 kq), Nizami Məmmədov (100 kq) və Vasif Səfərbəyov (100 kq-dan yuxarı) təmsil edəcəklər.
Döyüş sambosu yarışlarında isə Ramil Vəliyev (74 kq) və Nəbi Məmmədov (100 kq) birincilik uğrunda mübarizə aparacaqlar.
Millimiz çempionatda Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovun rəhbərliyi altında yarışacaq.