Sambo üzrə Naxçıvan şəhər birinciliyi keçirilib

156

NUHÇIXAN xəbər verir ki, İ.Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında kiçikyaşlı yeniyetmələr (2006-2008-ci illər) arasında sambo üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan etmiş və yarışın keçirilmə məqsədi haqqında idmançılara geniş məlumat verib. Sonra Naxçıvan Muxtar Respublika Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edərək yarışın qaydaları haqqında danışmış və idmançılara qalibiyyət sevinci arzulayıb. Naxçıvan Muxtar Respubki Güləş Federasiyasının və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 9 çəki dərəcəsi üzrə 60 idmançı iştirak edib. Beynəlxalq Sambo Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda Rəhim Qaybalıyev 27 kq, Səid Seyidov 30 kq, Məhəmməd Qasımlı 33 kq, Sami Səfərov 36 kq, Əsgər Səfərov 39 kq, Məhəmməd İsayev 42 kq, Nihad Hətəmli 46 kq, Tofiq Nəcəfov 50 kq və Rauf Cabbarlı 55 kq çəki dərəcəsində I yerlərə layiq görülüblər. Sonda hər çəki dərəcəsində yer tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: