Yarımmüdafiəçi Məhəmməd Salah “Liverpul”un azarkeşləri arasında keçirilən ən yaxşı oyunçu səsverməsində qalib gəlib.
NUHÇIXAN xəbər verir ki, bu barədə mersisaydlıların klubu “Twitter” sosial şəbəkəsindəki rəsmi səhifələrində bildirib.
İngiltərə Premyer-Liqasının cari mövsümündə Salah 35 oyunda 31 qol vurub və 9 qol ötürməsi yerinə yetirib. Çempionlar Liqasında 25 yaşlı misirli “Liverpul”a 14 qarşılaşmada kömək edib, komandanın aktivinə 11 qol və nəticəli ötürmələr yazdırıb.
Xatırladaq ki, Məhəmməd Salah “Liverpul”a İtaliyanın “Roma” komandasından 2017-ci ilin yayında 42 milyon avro müqabilində keçib.