Şahmat üzrə dünya çempionu adı uğrunda ikinci partiya da heç-heçə nəticələnib

127

Londonda şahmat üzrə dünya çempionu adı uğrunda mübarizə davam edir.

NUHÇIXAN xəbər verir ki, ikinci partiyada ağ fiqurlarla oynayan norveçli Maqnus Karlsen amerikalı Fabiano Karuana ilə heç-heçə edib. Şahmatçılar birinci partiyada da xalı yarı bölmüşdülər. Beləliklə, ilk iki oyunun nəticəsinə görə hesab bərabərdir – 1:1. Üçüncü partiya bazar ertəsi günü oynanılacaq.

Noyabrın 9-dan 28-dək davam etməsi nəzərdə tutulan yarış vaxta klassik üsulla nəzarət edilən 12 partiyadan ibarət olacaq. Hər iki partiyadan sonra bir istirahət günü planlaşdırılır. On iki partiyadan sonra hesab heç-heçə olarsa, tay-brek təyin ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: