Bu gün Gürcüstanın Batumi şəhərində 43-cü Şahmat Olimpiadasının üçüncü turu keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, üçüncü turda Azərbaycanın kişi şahmatçılardan ibarət yığması Sloveniya komandası ilə qarşılaşacaq. Bu turda Şəhriyar Məmmədyarov – Yuri Borisek, Arkadi Naydiç – Matey Sebenik, Rauf Məmmədov – Yuri Skoberne, Eltac Səfərli – Boris Markoja matçları keçiriləcək. Qadın şahmatçılarımız isə İngiltərə komandası ilə qarşılaşacaq: Günay Məmmədzadə – Yovanka Xouska, Zeynəb Məmmədyarova – Akşaya Kalayalaxan, Xanım Balacayeva – Çuksite və Gülnar Məmmədova – Lüsi Xead matçları keçiriləcək.
Xatırladaq ki, Azərbaycanın kişi şahmatçılardan ibarət yığması ikinci turda İtaliya komandasına 3:1 hesabı ilə qalib gəlib, qızlarımız isə belçikalı rəqiblərini tam məğlub ediblər.