Sahibkarlarla görüş olub

195

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində lizinqə verilən texnikaların dəyərini tam ödəyən sahibkarlarla görüş keçirilib.

Tədbirdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Vasif Məmmədov bildirib ki, cəmiyyət tərəfindən indiyədək 2375 texnika və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib və onlardan 1875-i sahibkarlara satılıb. Əkin sahələrinə uyğun bölgü aparılaraq gətirilmiş texnika və texnoloji avadanlıqlardan 85-i yerli bazalara icarəyə verilib.

Vurğulanıb ki, muxtar respublikanın bütün rayonlarından 16 sahibkar götürdüyü texnika və texnoloji avadanlığın dəyərini 40 faiz güzəşt tətbiq edildikdən sonra tam ödəyib. Məhz buna görə də, həmin texnikalar sahibkarların şəxsi mülkiyyətinə keçirilib.

Sonda  sahibkarlara dəyəri ödənilən texnikaların sahibkarların şəxsi mülkiyyətinə  verilməsi ilə əlaqədar sənədlər təqdim olunub. Sahibkarlar onlar üçün yaradılan şəraitə görə  minnətdarlıqlarını bildiriblər.

                                  

                                                                     Əbülfəz Dünyamaliyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: