Şahbuzda yaşıllıq zolağı salınır
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şahbuz şəhərində Təmizləyici Qurğular Sisteminin ətrafında yeni yaşıllıq zolağı salıblar.
Təmizləyici qurğular sisteminin ətrafında 20 hektar sahədə toxumla, 5 hektar sahədə isə tinglə yaşıllıq sahəsinin salınması nəzərdə tutulub. 10 hektar sahədə toxumla əkin artıq aparılıb. Əraziyə rayonun iqliminə uyğun badamça, itburnu, yemişan, iydə və alça toxumları əkilib. Yaz aylarında isə 5 hektar sahəyə meşə tinglərinin əkilməsi nəzərdə tutulub.
Əkin işləri Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin qurğunun ətrafında yaşıllıq sahələrinin salınması barədə verilən tapşırığına uyğun olaraq həyata keçirilib.
Novruz Məmmədov