Şahbuzda mərasim evləri tikilir

62

Son illər muxtar respublikada yas mərasimlərinin  əksəriyyəti əsasən inşa edilən  xüsusi mərasim evlərində təşkil olunur.  Bu evlərin tikintisi sakinlərin yas mərasimlərini rahat şəkildə keçirməsinə şərait yaradır  və əlavə xərclərin yaranmasının qarşısını alır.

NUHÇIXAN xəbər verir ki, Şahbuz  rayonun 7  kəndində bu məqsədlə mərasim evləri tikilirRayonda  bu işdə dövlətlə yanaşı, sahibkarlar, kəndlərin imkanlı sakinləri də fəallıq göstərirlər.

Hazırda rayonun Yuxarı Qışlaq  və Sələsüz kəndlərində inşa olunan mərasim evlərində işlər yekunlaşmaq üzrədir. Kükü, Aşağı Qışlaq, Mahmudoba, Kolanı və Şada kəndlərində isə inşa olunan  mərasim evlərində işlər davam etdirilir. Bir qayda olaraq , mərasim evlərində qadın və kişilər üçün ayrı-ayrı zallar, mətbəx, namaz otağı və digər otaqlar yerləşir.

Qeyd edək ki, hazırda  Şahbuz şəhərində də iki mərasim  evi fəaliyyət göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: