Şahbuz Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

722

NUHÇIXAN xəbər verir ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  doqquzuncu  sessiyasında verilən tapşırıqların icrası  və qarşıda  duran vəzifələrlə əlaqədar Şahbuz Rayon İcra Hakimiyyətində  müşavirə keçirilib. Rayоn icra hakimiyyətinin başçısı Rəfael Babayev bildirib ki, 2018-ci il rayonda geniş tikinti-quruculuq işləri ilə yadda qalıb. Ötən il  Şahbuz Şəhər Təmizləyici Qurğular sistemi istifadəyə verilib, Ağbulaq kəndində geniş abadlıq işləri aparılıb, sakinlər üçün lazımi kommunal-məişət şəraiti yaradılıb. Yaşayış məntəqəsindən kənarda isə yeni təsərrüfat binaları tikilib kənd əhalisinin istifadəsinə verilib. Şahbuz şəhərində mədəniyyət sarayının və aviakassanın inzibati binalarında tikinti və abadlıq işləri başa çatdırılıb. Rayon mərkəzində tikintisi davam etdirilən  çoxmərtəbəli ictimai yaşayış binasında, Ağbulaq kəndində Xizək Mərkəzində, “Badamlı mineral sular zavodu”nda tikinti işləri davam etdirilir. Kükü, Kolanı, Aşağı Qışlaq, Sələsüz və Mahmudoba kəndlərində mərasim evlərinin tikintisi başa çatdırılıb, Keçili kəndində isə mərasim evinin tikinti layihəsi hazırlanıb.

Qeyd olunub ki, ötən il rayonda turizmin inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlərlə də yadda qalıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında Sərəncamına əsasən bu  istiqamətində  mühüm tədbirlər görülüb .

2018-ci ildə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çox sənaye məhsulu istehsal olunub. Rayonda iqtisadiyyatın bazasını təşkil edən və əhalinin əsas məşğulluq sahəsi olan aqrar sahənin inkişafı məqsədilə əhalinin şəxsi mülkiyyətində olan torpaqlardan səmərəli istifadəyə diqqət yetirilib. Kənd təsərrüfatının müxtəlif sahələri üzrə yaxşı göstəricilər qeydə alınıb. 2018-ci ildə iməciliklər yolu ilə 4,8 hektar sahədə yeni bağlar salınıb.

Vurğulanıb ki,  əldə edilən  uğurlara baxmayaraq müəyyən nöqsan və çatışmazlıqlar da mövcuddur ki, onların  aradan qaldırılması üçün tədbirlər görüləcək.

Məruzə ətrafında çıxışlar olub.

İcra başçısı müşavirəyə yekun vuraraq bildirib ki, 2018-ci ilin  dekabr ayının 27-də keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin doqquzuncu sessiyasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə rayon icra hakimiyyətində tədbirlər planı hazırlanıb. Əhalinin sоsial müdafiəsini gücləndirmək, yaşayış səviyyəsini yaxşılaşdırmaq, yaşıllaşdırma tədbirlərini daha da genişləndirmək məqsədilə muxtar respublikada “Ailə təsərrüfatı ili” elan olunan 2019-cu ildə qarşıya qоyulan  vəzifələrin həyata keçirilməsinə nail оlunacaqdır.

                

                  Novruz Məmmədov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: