Şahbuz gəncləri ümummilli lider Heydər Əliyevin 95 illiyini qeyd ediblər

90

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Gənclər Birliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirib.

Tədbirdə vurğulanıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan  dövlət gənclər siyasəti bu gün Şahbuz rayonunda da uğurla davam etdirilir. Gənclərin dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır. Rayonda uşaq-gənclər idman məktəbinin, şahmat məktəbinin, orta məktəblərdə idman zallarının və sadətipli idman qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və kütləvi bədən tərbiyəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonda partiya sıralarına yeni qəbul olunan  bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.

Novruz Məmmədov  

NTV Xəbər

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: