Şahbuz bağlarından əsgərə sovqat
NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunda yeni salınan bağlardan toplanan 8 tona yaxın meyvə sovqat olaraq hərbi hissəyə verilib. Bununla bağlı keçirilən tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşları əsgərləri Silahlı Qüvvələrimizin yaranmasının 100 illiyi münasibəti ilə təbrik ediblər. Son günlər qazanılan Günnüt əməliyyatını ordumuzun növbəti uğuru və əsgərlərin xalqımıza ən yaxşı bayram hədiyyəsi kimi dəyərləndiriblər.
Qeyd olunub ki, bu gün Silahlı Qüvvələrimizin heç bir kənar yardıma ehtiyacı yoxdur. Əsgərlərimizə gətirilən sovqatlar isə xalq-ordu birliyinin ifadəsidir.
Qeyd edək ki, bundan əlavə Şahbuz şəhərindəki 4 hektarlıq ərik bağı və İşgəsu massivindəki meyvə bağının məhsulu da əsgərlərə sovqat üçün toplanır.
Novruz Məmmədov