Sağlamlıq imkanları məhdud uşaqlar üçün növbəti əyləncə təşkil olunub
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların yay tətilində asudə vaxtlarının səmərəli təşkil edilməsi istiqamətində tədbirlər davam etdirilir.
NUHÇIXAN xəbər verir ki, bu tədbirlərin davamı olaraq Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların yay tətillərinin səmərəli keçirilməsi məqsədilə növbəti əyləncə təşkil olunub. Mərkəzin müasir şəkildə qurularaq istifadəyə verilmiş əyləncə sahəsində uşaqlar öz istirahətlərini və asudə vaxtlarını səmərəli keçiriblər.
Valideynlər də uşaqların yay tətillərinin səmərəli keçirilməsi üçün təşkil edilən bu tədbirləri yüksək qiymətləndiriblər.
Sonda uşaqlar üçün çay süfrəsi təşkil olunub.
Mədinə Rəhimli