Sağlamlıq imkanları məhdud uşaqlar Rəsm Qalereyasında olub
Sağlamlıq imkanları məhdud məktəbli uşaqların yay tətili dövründə asudə vaxtlarının səmərəli təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tədbirlər həyata keçirilir.
NUHÇIXAN xəbər verir ki, iyulun 18-də eşitmə qabiliyyəti məhdud uşaqların Naxçıvan Dövlət Rəsm Qalereyasına ekskursiyası təşkil olunub. Tədbirdə 10 nəfər uşaq iştirak edib. Ekskursiya iştirakçılarına qalereyada olan rəsm əsərləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, qalereyada Naxçıvanda fəaliyyət göstərən rəssamların, muxtar respublikada keçirilən rəsm festivallarında çəkilən və tarixi yerlərimizi özündə əsk etdirən rəsm əsərləri nümayiş olunur.