Şagirdlər interaktiv məşğələni izləyiblər

132

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şahmat Mərkəzində növbəti interaktiv məşğələ keçirilib.

“Açıq debütlər” mövzusunda olan məşğələni mərkəzin direktoru, beynəlxalq hakim Emin Hacıyev tədris edib. Məşğələni muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbinin şagirdi izləyib. Məşğələ zamanı şagirdlərə debütlərin izahlı təhlili, piyada sonluğuna aid nümunələr göstərilib.

Təşkil edilən bu cür interaktiv məşğələlərin keçirilməsində məqsəd şahmatın kütləviliyini təmin etmək, şagirdlərin bu sahəyə maraqlarını daha da artırmaqla yanaşı şahmatçılar arasında rəqabət mühitini formalaşdırmaqdır.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: