Sabah voleybol üzrə Azərbaycan millisi Portuqaliya yığmasını qəbul edəcək

88

Mayın 23-də qadın voleybol komandaları arasında Qızıl Avropa Liqasında II turun oyunları keçiriləcək. “A” qrupunda yer alan Azərbaycan yığması Portuqaliya millisini qəbul edəcək.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində keçiriləcək görüş saat 18:00-da start götürəcək. Oyunu Saadettin Deneri (Türkiyə) və Fikrət Axundov (Azərbaycan) idarə edəcəklər.

Qrupumuzun digər görüşündə isə Bolqarıstan və Ukrayna yığmaları bir-birini sınağa çəkəcək.

Qeyd edək ki, ilk turda Azərbaycan Ukraynaya 3:1, Bolqarıstan Portuqaliyaya 3:0 hesabı ilə qalib gəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: