Sabah Naxçıvanda “Heydər Əliyev kuboku” turnirinə start veriləcək

194

İyunun 13-15-də Naxçıvan Muxtar Respublika Stadionunda “Heydər Əliyev kuboku” uğrunda növbəti turnir keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası və Peşəkar Futbol Liqası tərəfindən artıq 3-cü ildir keçirilən yarış 15 İyun – Milli Qurtuluş Gününə həsr olunur.

Açılış mərasimində tanınmış müğənnilər Elton Hüseynəliyev və Əli Pormehr iştirak edəcəklər. Açılış mərasimində, eyni zamanda, könüllülərin müxtəlif idman növlərindən ibarət hazırladıqları səhnələr nümayiş olunacaq.

Turnirdə yerli “Araz-Naxçıvan”la yanaşı, MOİK, “Zaqatala” və “Şüvəlan” klubları da iştirak edəcək. Komandalar artıq bu gün Naxçıvana gəliblər. Oyunlara isə sabah start veriləcək. Reqlamentə əsasən üç gün davam edəcək turnirdə gün ərzində iki görüş keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: