Səudiyyə Ərəbistanı kosmosa iki peyk buraxıb

115

Səudiyyə Ərəbistanı kosmosa iki peykin – “SaudiSat 5A” və “SaudiSat 5B” peyklərinin uğurla buraxıldığını elan edib.

NUHÇIXAN krallığın SPA dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, buraxılma Çinin Qansu əyalətindəki Tszyutsyuan kosmodromundan “Long March 2 D” daşıyıcı raketi vasitəsilə həyata keçirilib.

Məlumatda deyilir ki, bu nailiyyət Kral Əbdüləziz adına Elm və Texnika Şəhərinin qabaqcıl texnologiyaların, o cümlədən peyk texnologiyalarının ötürülməsi, lokallaşdırılması və inkişafı sahəsində uzun illər ərzində səyləri, habelə bu texnologiyalarla işləməyə qabil olan kadr bazasının və qabaqcıl infrastrukturun yaradılması sayəsində mümkün olub. Bu, Şəhərə yerli zavodlarda “SaudiSat 5A” və “SaudiSat 5B” peyklərini işləyib hazırlamağa və istehsal etməyə imkan verib. Hər iki peykdən qabaqcıl ölkələrdəki kimi kosmosdan çəkilmiş yüksək keyfiyyətli şəkilləri hökumət müəssisələrinə təqdim etmək üçün istifadə olunacaq.

Qeyd edək ki, Kral Əbdüləziz adına Elm və Texnika Şəhəri 2000-2017-ci illərdə kosmosa 13 peyk buraxıb, habelə 2014-cü ildə ABŞ-ın “NASA” agentliyi və Stenford Universiteti ilə əməkdaşlıq şəraitində “SaudiSat 4” peykinin bortunda kosmik fəzada elmi eksperimentlərdə iştirak edib. Şəhər 2018-ci ildə Çin Kosmik Agentliyi ilə əməkdaşlıq şəraitində Ayın tədqiqi missiyasına da qoşulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: