Səsdən iti “Bladhaund” avtomobili layihəsi başa çatıb

109

Səsdən iti “Bladhaund” avtomobili üzərində işlər başa çatıb. Bütün təhlükəli cəhətlərinə baxmayaraq, İngiltərənin Yorkşir əyalətində sahibkarlıqla məşğul olan Yan Vorharst bu layihəni satın alıb və yeni sınaqlar keçirməyə qərar verib.

NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, 2021-ci ildə reaktiv mühərrikinin gücü saatda 1000 milə (1600 km) çatacaq bu avtomobilə Böyük Britaniyanın Müdafiə Nazirliyi və “Rolls-Royce” şirkəti də maraq göstərir. Vorharstın layihənin təfsilatı və keçiriləcək sınaq yürüşləri ilə bağlı gələn ilin əvvəlində geniş açıqlama verəcəyi bildirilir. Bu günədək onun Bernslidəki “Melett” adlı şirkəti turbo mühərrikləri, ehtiyat hissələrinin hazırlanması ilə məşğul olub.

“Bladhaund” layihəsi Bristol şəhərində mühəndislərdən ibarət qrup tərəfindən hazırlanıb. Ötən il onların məqsədi mühərrikin gücünü artırmaq və avtomobilin sürətini saatda 1228 kilometrə çatdırmaq olub. Bu avtomobilin sınaq yürüşləri üçün Cənubi Afrikada 18 kilometr uzunluğu və 1500 metr eni olan tras da hazırlanır. Əvvəlki testlər isə Nyuquey aeroportunda keçirilib.

Cənubi Afrikadakı Hekskinq Pan adlanan trasda test yürüşü 2019-cu ilin sonunda keçiriləcək. Mütəxəssislər bu trasın səthinin tam qurumasına əmin olmalıdır. “Bladhaund” avtomobilində “Rolls-Royce Eurofighter”in sürəti saatda 800-965 kilometrə çatdırmağa imkan verəcək mühərriki quraşdırılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: