Şərurlu müəllim təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibi olub

1. 046

NUHÇIXAN xəbər verir ki, Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin yekunu ilə bağlı brifinq keçirilib.

Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev brifinq iştirakçılarına məlumat verərək bildirib ki, müsabiqə dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilib. Müsabiqəyə ümumi təhsil müəssisələri və fərdi kateqoriya üzrə ümumilikdə 850 layihə təklifi daxil olub.

Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 41, fərdi kateqoriya üzrə 125 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 166 layihəninmaliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 45 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllim qalib gəlib. Qalib gələnlərin sırasında Naxçıvan Muxtar Respublikası Şərur rayon Muğanlı kənd tam orta məktəbinin  müəllimi  Mehdiyev Nüsrət Vəli oğlu da var.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: