Şərurda yay şumuna başlanıb

151

NUHÇIXAN-ın verdiyi məlumata görə Şərur  rayonunda taxıl biçini müvəffəqiyyətlə yekunlaşıb.  4 min 348 hektar sahədə  taxıl biçilib və bu il hər hektarından orta hesabla 31,9 sentner məhsul yığılıb.

Artıq sahələrdə yay şumuna başlanılıb. Məlumdur ki,  erkən şum edilən torpaqdakı müxtəlif zərərvericilər, bitki qalıqları və alaq toxumları isti yay günəşinin  şüasının təsirindən tez məhv olur. Yay şumunun vaxtında aparılması torpağı da müəyyən qədər zənginləşdirir. Bunun vacibliyini təcrübədən keçirən kənd əməkçiləri şumun gecikdirilmədən başa çatdırılmasına çalışırlar. Hər gün zəmilərdə 10-dan artıq şum traktoru gecəli-gündüzlü işləyir.

Şumlanmış sahələrin tapanlanması və  toxum səpini üçün də kifayət qədər texnika və texniki avadanlıq vardır. Taxıl əkini üçün yaradılmış toxum ehtiyatının səpindən qabaq dərmanlanması üçün lazım olan preparatlar tədarük edilib.

                                                                    “Şərurun səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: