Şərurda taxıl biçini yekunlaşmaq üzrədir

216

NUHÇIXAN xəbər verir ki, keçən ilin payızında və bu ilin yazında Şərur rayonunda 4 min 348 hektarda taxıl əkilib.  Muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Şərurda da yerli iqlim şəraitinə uyğun məhsuldar toxum sortlarına, şırım üsulu ilə əkinlərə üstünlük verilib, sahələrə ilboyu aqrotexniki qaydalara uyğun qulluq göstərilib, zərərvericilərə qarşı mübarizə tədbirləri aparılıb. Nəticədə, zəmilərdə bol və sağlam məhsul hasilə gətirilib. Məhsulun vaxtında və itkisiz yığılması üçün rayonda əvvəlcədən genişmiqyaslı hazırlıq işləri görülüb. Kombaynlar və digər texniki vasitələr vaxtında təmir edilərək saz vəziyyətə gətirilib, texnikanın iş prosesində daha tez sıradan çıxan hissələrinin ehtiyatı yaradılıb, xırman və anbarlar təmizlənib, dezinfeksiya olunub, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq və təsirli tədbirlər görülüb. Bütün bunlar biçinin vaxtında və itkisiz başa çatmasına zəmin yaradıb.

Artıq biçin başa çatmaq üzrədir. İndiyədək 4 min hektaradək sahədə biçin aparılıb, hektarın orta məhsuldarlığı 32 sentnerdir.

Hazırda əkinçilər biçilmiş sahələri küləş və digər ot qalıqlarından təmizləyir, vacib olan digər aqrotexniki tədbirləri görür, yay şumuna hazırlaşırlar.

Bölgədəki 6 müasir tipli un dəyirmanı mövsümün təzə məhsulu ilə işləyir, gün ərzində on tonlarla buğda üyüdülür.

Şərurda toxumçuluq üzrə ixtisaslaşmış torpaq mülkiyyətçiləri vardır. Taxılçılar bu təsərrüfatlarla əlaqələri gücləndirir. İndidən yüksək reproduksiyalı toxum ehtiyatı görürlər.

«Şərurun səsi» qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: