Şərurda quruculuq işləri davam etdirilir

253

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunun Kərimbəyli kəndindəki tam orta məktəb binası əsaslı şəkildə yenidən qurulur. 270 şagird yerlik məktəb binası zirzəmi qatı ilə birlikdə 4 mərtəbədən ibarət olacaq. Artıq obyektin bütün mərtəbələrində suvaq işləri aparılır, elektrik, istilik, su və rabitə xətləri də çəkilir. Fasad hissə rütubətdən qorunmaq üçün xüsusi inşaat materialı ilə izolyasiya olunur.

Şərur şəhərinin Heydər Əliyev prospektindəki  9 nömrəli, 24 mənzilli üçmərtəbəli yaşayış binasının da əsaslı təmirinə başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: