Şərurda qədim  tütünçülük ənənəsi bərpa edilib - FOTOLAR

78

NUHÇIXAN xəbər verir ki, Şərur rayonun Düdəngə kəndində bu ildən  tütün becəriləcək. Bu məqsədlə 1 hektarlıq sahədə Türkiyədən gətirilən xüsusi keyfiyyətli “İzmiroriental” tütün sortunun əkininə başlanıb. Yüksək məhsuldarlığı ilə seçilən bu tütün sortunun yetişmə müddəti 2 aydır. Əkini “Cahan Tabaccoİnternational” MMC-nin əməkdaşları Türkiyə istehsalı olan ən müasir kənd təsərrüfatı texnikaları ilə həyata keçirirlər.

“Cahan Tabaccoİnternational” MMC-nin əməkdaşları Şərur rayonun torpaq-iqlim şəraitinə uyğun olaraq həmçinin Zeyvə, Xanlıqlar, Maxta, Kərimbəyli, Cəlilkənd də daxil olmaqla 10-a yaxın kənddə tütün əkiblər. Bu gəlirli sahənin inkişafı və Şərurda qədim tütünçülük ənənəsini nəzərə alan mütəxəssislər gələcəkdə yeni ərazilərdə də bu bitkinin əkinini həyata keçirəcəklər.

                                                                                      Yaqub İsayev

NTV Xəbər

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: