Şərurda istirahət parkı açılıb 

506

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda daha bir istirahət parkı sakinlərin ixtiyarına verilib.

Əsaslı şəkildə yenidən qurulan  0,7  hektarlıq   parkda sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Parkın bərpası zamanı  milli memarlıq üslubu ilə müasirlik  tam uzlaşdırılıb, istirahət məkanı orijinal elementlər və formalarla zənginləşdirilib. İstirahət guşəsində müxtəlif dekorativ sənət nümunələri də quraşdırılıb ki, bu da  parka əlavə gözəllik verir. 

Həmçinin parkda müxtəlif idman oyunları oynamaq üçün də yaxşı şərait yaradılıb.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: