Şərurda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub

378

NUHÇIXAN xəbər verir ki, YAP Şərur Rayon Təşkilatı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Müasir, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi praktiki konfrans keçirib.

Bildirilib ki, xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini yaşatdı. Bu gün Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir.

Sonra ”Azərbaycan Xalq Cümhuriyyəti dövründə beynəlxalq əlaqələr”, ”Azərbaycan Xalq Cümhuriyyəti dövründə iqtisadi-siyasi və ordu quruculuğu sahəsində milliləşdirmə”, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsilin inkişafı” mövzularında çıxışlar dinlənilib.

Arzu Sadiqov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: