Şərurda 42 qadın sürücülük peşəsinə yiyələnir

779

NUHÇIXAN xəbər verir ki, Şərur Texniki-Peşə və Sürücülük Məktəbində B kateqoriyası  üzrə 2 qrup fəaliyyət göstərir. Qruplardan birində 24, digərində isə 18 müdavimə sürücülük peşəsi nəzəri və praktiki olaraq tədris edilir. Sürücülük qruplarında 42 qadının təhsil alması isə rayonda bu peşəyə qadınların da marağının artmasının bariz nümunəsidir. Onlar yaradılan imkandan səmərəli istifadə edərək, elə öz rayonlarında bu peşəni dərindən mənimsəyirlər.

Buranın yürüş təlim meydançası da müasir tələblər səviyyəsindədir. Təlim meydançasında yol hərəkəti qaydalarına və müxtəlif yol nişanlarının tələblərinə əməl etməklə avtomobillərin idarə olunması praktiki olaraq öyrədilir. Müdavimlər əyani sürmə vərdişlərinə yiyələnirlər.

Emalatxanalarda müxtəlif avtomobil və kənd təsərrüfatı texnikalarının hissələri, eləcə də dəzgahlar qoyulub. Məktəbdə bərbər, xalçaçı, traktorçu, avtomobil sürücüsü, dərzi, kompüter istifadəçisi və digər sahələrlə  birlikdə, ümumilikdə, 52 ixtisasın tədrisi həyata keçirilir.

Məktəbin yataqxana binası da müasir layihə əsasında qurulub. Məlumat üçün bildirək ki, cari ildə məktəbi  374 müdavim bitirib.

Gülməmməd Əliyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: