Şərurda 14 min tona qədər kartof istehsal edilib

204

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda uzun illərin təcrübəsi nəzərə alınaraq kartofçuluğun inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edilib. Məhz bu addımdan sonra intensiv şəkildə muxtar respublikanın rayonlarında sahibkarlar bu sahə ilə də məşğul olurlar. Bu istiqamətdə daha yaxşı təcrübəsi olan Şərurlu fermerlər bu il 1000 hektardan artıq  sahədə  kartof əkiblər. Tarlalar vaxtlı-vaxtında və yüksək aqrotexniki səviyyədə becərildiyindən yaxşı məhsul yetişdirilib. Kartof yığımı başa çatmaq üzrədir və sahələrdən bu günə qədər 14 min tona qədər məhsul əldə edilib.

Torpaq mülkiyyətçiləri tələbatlarından artıq olan məhsulun bir hissəsini bazara çıxarıb, qalanını isə qış aylarında satmaq məqsədilə soyuducu anbarlara təhvil veriblər.

                                                                           “Şərurun səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: