Şərur rayonunun Axura  kəndində yeni  meyvə bağı salınıb

250

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunun Axura  kəndinin yuxarı hisəssində 0.4 hektar sahədə yeni meyvə bağı salınıb. Bağda 300-ə yaxın yerli və məhsuldar sort olan alma, armud, heyva tingləri əkilib. Yerli sakinlərin köməyi ilə yaradılan bağın ərazisi indiyədək əkinə yararsız sahə olub. Məqsəd yeni yaşıllıq zolağı salmaqla bərabər həm də torpaqdan səmərəli istifadə etməkdir.

Qeyd edək ki, bu tədbir “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”çərçivəsində həyata keçirilir.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: