Şərur rayonunda tingçilik sahələri genişləndirilir
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi əkin planına uyğun olaraq oktyabr ayının 15-dən dağlıq ərazilərdə təbii bərpaya köməklik məqsədilə əkinlər həyata keçirilir. Plana əsasən, ümumilikdə payız-qış mövsümündə 300 hektardan çox sahədə yaşıllaşdırma, eyni zamanda yeni meşə massivlərinin, meyvə bağlarının salınması nəzərdə tutulub.
Bu tədbirlərin davamı olaraq Şərur rayonunun Yuxarı Daşarx kəndi ərazisində 0.5 hektar ərazidə ağac və kolların təbii bərpasına köməklik məqsədilə 40 kq ərik, 20 kq cəviz və 30 kq badamça toxumları əkilib.
Həmçinin Şərur rayonunda salınan tingçilik ərazisində müxtəlif növ yerli toxum sortları da əkilib.
Qeyd edək ki, əkilən ağaclar xəstəliyə və quraqlığa davamlıdır.
Sadiq Məmmədov