Şərur rayonunda orta aylıq əmək haqqı 101 faiz artıb

1. 117

Şərur Rayon Statistika İdarəsindən NUHÇIXAN-a verilən məlumata  görə rayonda 2018-ci ilin yanvar-iyul aylarında 55 milyon 100,3 min manatlıq sənaye məhsulu istehsal olunub. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur.

Kənd təsərrüfatlarında da artım müşahidə olunur. Belə ki bu sahədə  78 milyon 691,8 min manatlıq məhsul istehsal edilib. 2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə  bu  3,6 faiz çox məhsul deməkdir. Şərur rayonunun heyvandarlıq və quşçuluq təsərrüfatlarında diri çəkidə 3 min 968 ton ət, 19 min  117 ton süd, 17 milyon 41 min ədəd yumurta, 152,9 ton yun istehsal edilib. Ötən illə müqayisədə ət istehsalı 1,4 faiz, süd istehsalı 1,9 faiz, yumurta istehsalı 1 faiz, yun istehsalı 2,6 faiz artıb.

Bu müddətdə Şərur rayonunda  muzdla işləyənlərin orta aylıq əməkhaqqı 406,7 manat olub. Təbii ki, bu sahədə də ötən illə aparılan müqayisənin göstəricisi çox yüksəkdir- 101,9 faiz.

Rayonda qeydə alınan əhalinin sayı 116 min 4 nəfərdir.

                                                                               “Şərurun səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: