Şərur rayonunda təşkil edilən əmək yarmarkasına 45 müəssisədən 300 boş iş yeri çıxarılıb.
NUHÇIXAN-ın məlumatına görə, müəssisələrin 9-u dövlət, 36-ı özəl təşkilatdır. Yarmarkada 41 nəfərə işə göndəriş verilib. Göndəriş alanlardan beş nəfəri xidmət mərkəzlərində işlə təmin olub. İki nəfər isə ünvanlı sosial yardım alan vətəndaşdır. Bu yarmarkalar vətəndaşların işlə təminatı ilə bərabər ixtisaslı, peşəkar və təcrübəli kadr seçiminə də geniş imkanlar yaradır.
Arzu Sadiqov
NTV Xəbər