Şərur rayonunda iqtisadi göstəricilər artır

129

NUHÇIXAN xəbər verir ki, 2018-ci ilin yanvar-oktyabr aylarında Şərur rayonunda 78 milyon 296 min 500 manatlıq sənaye məhsulu istehsal olunub. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

Rayonda tikinti-quraşdırma işlərində istifadə olunan  investisiyanın həcmi 64 milyon 618 min 700 manat təşkil edib.  Həmçinin 123 milyon 519 min 300 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu isə ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,2 faiz çox deməkdir.

Şərurda informasiya və rabitə xidmətlərinin həcmi 6 milyon 569 min 100 manat olub.     Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi  isə  5 milyon 932 min 500 manat olmaqla, bir il öncəki göstəricini 2,0 faiz üstələyib.

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri  0,4 faiz artaraq 44 milyon 17 min 600 manata çatıb. Ödənişli xidmətlərin 18,2 faizi, yaxud 8 milyon 13 min manatı məişət xidmətlərinin payına düşür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: