Şərur rayon sakini 100 yaşını qeyd edib

1. 500

NUHÇIXAN xəbər verir ki, muxtar respublikada yaşı yüz və yüzdən yuxarı olan ahıl vətəndaşlarla görüşlər keçirilir, onlar dövlət tərəfindən qayğı ilə əhatə olunur. Növbəti belə görüş, Şərur rayonunun Qorçulu kəndinin 100 yaşlı sakini Fərman Sadiqovla olub. 1941-1945-ci illər  müharibəsinin iştirakçısı olan Fərman Sadiqov 2013-cü ildə dövlət tərəfindən “NAZ-Lifan” markalı avtomobillə də təmin olunub.

Tədbirdə çıxış edən Şərur rayonu İcra Hakimiyyətinin  başçısı Kamal Cəfərov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qeyd ediblər ki, ahılların sosial müdafiəsi, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Qeyd olunub ki, muxtar respublikada ahıl vətəndaşlara mütəmadi olaraq tibbi və sosial reabilitasiya xidmətləri də göstərilir.  Daha sonra, yubilyara hədiyyələr təqdim olunub.

Yüz yaşını qeyd edən Fərman Sadiqovun 8 övladı, 38 nəvəsi, 57 nəticəsi və 5 kötükəsi var.

                                                                                  Vüsal Muradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: