Şərur gəncləri Heydər Əliyev muzeyində olublar

289

NUHÇIXAN xəbər verir ki, Şərur rayon gəncləri Heydər Əliyev Muzeyini ziyarət ediblər. Gənclər görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, şəxsi arxivindən götürülən ayrı-ayrı dövrlərə aid fotolar, müxtəlif eksponatlarla yaxından tanış olublar. Muzeydə Azərbaycan tarixi üçün əhəmiyyətli sənədlər, ulu öndərə həsr olunan kitablar, böyük dövlət xadiminə məxsus şəxsi əşyalar nümayiş olunur. Muzeydəki eksponatların hər biri ayrı-ayrılıqda elmi tətqiqat mövzusudur.

Gənclərə ümummilli lider Heydər Əliyevin ömür yolu və çoxşaxəli fəaliyyətindən, Vətən və xalq qarşısında əvəzsiz xidmətləri ilə bağlı ətraflı məlumat verilib.

    

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: