Sərhədçi əsgərlərin bayramı təbrik edilib

144

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivləri 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Kəngərli rayonu ərazisində yerləşən sərhəd zastavasında əsgərlərin görüşünə gəliblər.

Əsgər və zabitlərlə səmimi görüş zamanı Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədri Hüseyn Məmmədov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov qeyd ediblər ki, Naxçıvanda əsası qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik Günü xalqımızın milli birliyinin rəmzinə çevrilib. Bu bayram görüşləri Vətənimizin sadiq keşikçilərinin mənəvi-psixoloji hazırlığına köməklik göstərir, əsgərlərin mübarizlik əzmini daha da artırır. Çıxış edənlər hər iki bayram münasibətilə sərhədçiləri təbrik edib, şərəfli xidmətlərində uğurlar arzulayıblar.

Zastavanın  zabit və əsgərləri bu görüşləri yüksək qiymətləndirərək minnətdarlıq ediblər.

Sonra gətirilən bayram sovqatları sərhədçilərə təqdim olunub.

                                                                               Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: